Haqqımızda

Kripton Business Solutions olaraq, büdcə cəhətdən səmərəli proqramlar yaratmaqla öz müştərilərimizin biznes proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasına xidmət edirik. 2013-cü ildən bəri bu sahədə olan şirkətimiz bir çox dövlət qurumu və özəl şirkətlərlə uğurlu layihələr həyata keçirib və uzun müddətli partnyorluqların təməlini qoyub. İş prinsipimizin əsasını müştəri tələblərinin düzgün təhlili, keyfiyyətli yerinə yetirilməsi və vaxtında təhvili təşkil edir. Buna isə təcrübəli proqramçılarla yanaşı, müştərilərimizin tələb və ehtiyacını gözəl anlayan və dəqiq təhlil edən mütəxəssislərdən ibarət işçi heyətinin hesabına nail oluruq. Missiyamız ölkəmizdə müəssisələrin biznes proseslərinin avtomatlaşdırılmasında iştirak etməklə yanaşı həm də ölkə sərhədlərini aşaraq öz məhsul və xidmətlərimizi dünya bazarlarında çıxarmaqdır.