Xidmətlərimiz

E-Ticarət portalının qurulması

E-ticarət nədir?
Kompüter şəbəkələri üzərindən mal və ya xidmətlərin istehsalı, satışı, sığortası, paylanması və ödənişini təmin edən elektron ticarət saytıdır. Başqa formada desək, elektron ticarət (e-ticarət) məhsulun online satışı ilə bağlı bütün proseslərin birləşməsidir. Alıcının məhsul seçimindən başlayaraq, məhsulun təhvil verilmə anına qədər olan müddəti əhatə edir. Şirkətlər öz brendlərini nümayiş etdirən e-ticarət mağazası ilə doğru istehlakçıya, düzgün alətlərlə və sürətli şəkildə çatacaqlar. Bir sözlə, e-ticarət hədəfə məqsədyönlü satışlar etmək imkanı verir.

E-ticarətin, standart ticarətdən üstünlükləri
- Global şəbəkədə yerləşdiyindən, məkan məhdudiyyəti olmadan, istənilən yerdə öz ticarətinizi genişləndirə bilərsiniz.
- Məhsul çeşidlərinizi say məhdudiyyəti olmadan istənilən qədər yerləşdirə bilərsiniz.
- Həm müştəri, həm də sizin üçün vaxta qınaətdir.
- Kampaniya, endirim və s. növ marketing strategiyalarının inkişafı üçün əlverişli şərait yaradır.
- Texniki xidmətin dəyəri ənənəvi ticarətə nisbətən qat-qat aşağıdır.
- 7/24 fəaliyyət göstərərək, istənilən saatda xidmət verir.
- İnsan resursundan istifadənin minimuma enməsi ilə, səhv riski də sıfıra enir.
- Müştərini daha çox məlumatlandıra bilərsiniz.
- Biznesinizin müştəri bazasını genişləndirməyə imkan verir.
- Müştəri məlumatlarını toplamaq və CRM sistemi yaratmaq üçün əlverişlidir.

Kripton şirkəti, biznesinizə yuxarıda sadalanan üstünlükləri qazandıracaq e-ticarət saytlarının hazırlanmasını təklif edir. Brendinizin korporativ stilinə uyğun dizayn edilərək, 6-8 həftəyə təhvil verilən e-ticarət saytınız, sizi rəqiblərinizdən üstün edəcək. E-ticarət saytınızda etmək istədiyiniz dəyişiklikləri və yenilikləri problemsiz həyata keçirərək, müddətli ödənişsiz texniki dəstək xidməti ilə də təmin olunacaqsınız.