Bizim Məhsullar

LoyalOn

Kripton şirkəti LoyalOn ağ etiket (white label) mobil tətbiqini sizlərə təqdim edir. Biznesiniz üçün əlverişli həllər təklif edən şirkətimiz, LoyalOn tətbiqi vasitəsi ilə sadiq müştərilər əldə etməyinizə və satışınızı artırmağa kömək edəcək.



Mobil tətbiq sizin istəyinizə uyğun adlandırılır, şirkətin brendinqinə uyğun dizayn edilir. Biznesinizin marketing və loyallıq siyasətinə uyğun tənzimləmələr edilir, Apple store və Playmarket-ə yerləşdirilir.

Biznesinizdə loyallıq proqramının olması sizə aşağıdakı üstünlükləri qazandırır:
- Sadiq müştəri bazası
- Yeni müştərinin cəlb olunması
- Əlavə cost olmadan kompaniya tanıtımı etmə
- Sorğuların təşkili
- Notification göndərmə imkanı
- Birbaşa potensial kütləyə çıxmaq
- Müştərini tanıma imkanı
- Artan satış



İşləmə prinsipi isə 3 mərhələdən ibarətdir:
- LoyalOn mobil tətbiqini yükləyib qeydiyyatdan keçmək
- Bonuslar toplamaq
- Hədiyyə qazanmaq



İstehlakçı qeydiyyatı, tələb olunan məlumatları daxil etmək qədər sadədir. Eyni zamanda administrativ panelin idarəetməsi əməkdaşlarınız üçün asan təchiz olunmuşdur. Şirkət daxilində istifadə edilən ERP, CRM, Kassa aparatları kimi sistemlərə inteqrasiyası mümkündür. Administrativ panel rahat analiz və hesabatlılıq imkanlarına malikdir.